Hörmətli Bəylər Eyyubov!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və dövlətimiz naminə gördüyünüz şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Siz Azərbaycan Respublikasının təhlükəsizlik sistemində mühüm yer tutan və məsuliyyətli bir vəzifəni ləyaqətlə icra edirsiniz. Vətənə, dövlətə və xalqa xidmət etmək kimi ali bir missiyanı şərəflə yerinə yetirir, Prezidentimizin etimadını daim doğruldursunuz. Peşəkarlığınız, prinsipiallığınız və vətənpərvərliyiniz hər bir dövlət məmuru üçün örnəkdir.
Bundan əlavə, Sizin şəhid ailələrinə, qazilərimizə göstərdiyiniz diqqət və qayğı, mərhəmətiniz və insani keyfiyyətləriniz cəmiyyətimiz tərəfindən dərin ehtiramla qarşılanır. Sizin bu ali dəyərləri özünüzdə birləşdirməyiniz, Azərbaycan dövlətçiliyinə olan sonsuz sədaqətiniz hər birimiz üçün qürurvericidir.
Bu əlamətdar gündə Sizə yeni-yeni nailiyyətlər, işinizdə uğurlar və həyatınızda xoşbəxt anlar arzulayıram. Azərbaycan dövlətinin rifahı və təhlükəsizliyi naminə gördüyünüz işlərdə daim zirvələrdə olmağınızı diləyirəm.
Ad gününüz mübarək olsun!
Hörmətlə,
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov