Ağdaşda “Bazar Store” Mağazasında İşçilərə Qarşı Kobud Rəftar – Şikayətlər Nəticəsiz Qalır



Ağdaş rayonunun mərkəzində yerləşən “Bazar Store” mağazasında rəhbərlik səviyyəsində ciddi özbaşınalıq halları müşahidə olunur. Mağazanın rəhbər şəxslərindən biri olan Vüqar Yusiflinin işçilərə qarşı kobud davranışı, nalayiq ifadələr işlətməsi və onları müştərilərin qarşısında alçaltması ilə bağlı dəfələrlə şikayətlər edilsə də, heç bir tədbir görülmür.

İşçilərin bildirdiyinə görə, Vüqar Yusifli əməkdaşlarla prinsip aparır, onlara əsassız iradlar tutur və rəhbərlik qarşısında onları aşağılayır. O, özünü mağazanın sahibi kimi aparır və işçilərin haqlarını tapdalamaqdan çəkinmir.

Maraqlıdır ki, “Bazar Store” rəhbərliyi bu qədər şikayətlərə baxmayaraq, hələ də heç bir addım atmayıb. İşçilər inanır ki, aidiyyəti qurumlar bu məsələni araşdıracaq və lazımi tədbirlər görüləcək. Əmək hüquqlarının qorunması üçün müvafiq orqanların müdaxiləsi zəruridir.

Dəfələrlə Xüsusi.Tv komandası olaraq "Bazar Store" qaynar xətti ilə əlaqə saxlamağa çalışsaqda heç bir zənglərimizə cavab vermədilər.

Xəbərlər