
Azərbaycan mətbuatında Qağaməli Seyfullayevin qanunsuz idarəçiliyi ilə bağlı bir çox yazılar dərc olunur. Bu gün ölkəmizin müxtəlif sahələrində şəffaflığın təmin edilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, xüsusilə şəhid ailələri və qazilərin hüquqlarının qorunması ən önəmli prioritetlərdən biri olmalıdır. Ancaq təəssüf ki, bəzi hallarda bu dəyərlər tamamilə nəzərə alınmır, şəxsi maraqların və özbaşınalığın üstünlük təşkil etdiyi hallara rast gəlinir. Belə nümunələrdən biri də Qağaməli Seyfullayevin fəaliyyəti ilə bağlıdır.
Qağaməli Seyfullayevin əvvəl Qaz İxrac İdarəsində, sonra isə Neft-Qaz Təmir Tikinti Trestində vəzifədə olduğu dövrdə həyata keçirdiyi qanunsuzluqlar geniş ictimaiyyət arasında narazılıq doğurub. İdarəçiliyi dövründə o, qohumlarını və tanışlarını, hətta diplomu belə olmayan şəxsləri mühüm vəzifələrə yerləşdirməklə bu qurumları sanki şəxsi təsərrüfatına çevirmişdir. Bunun nəticəsində, peşəkar kadrlar işdən kənarda qalmış, vətəndaşların haqlı narazılığı artmışdır.
Ən təəccüblüsü isə budur ki, Qağaməli Seyfullayevin bu fəaliyyətlərinə qarşı rəhbərlik səviyyəsində ciddi müdaxilə edilməmişdir. Bu, ya birbaşa himayədarlığın göstəricisidir, ya da ciddi nəzarət mexanizminin olmamasıdır. Rəhbər şəxslər tərəfindən səssiz qalınması, qanunsuzluqların qarşısının alınmaması və şəffaflığın təmin edilməməsi suallar doğurur. Belə hallar isə yalnız və yalnız vətəndaşların dövlət qurumlarına olan inamını sarsıdır.
Şəhid Ailələri və Qazilər Üzləşdiyi Haqsızlıq
Qağaməli Seyfullayevin qanunsuz əməllərinin ən acı nəticələrindən biri şəhid ailələri və qazilərin hüquqlarının pozulması ilə bağlıdır. Belə ki, bu insanlar ən yüksək diqqət və qayğıya layiq olduqları halda, onların problemləri nəzərə alınmır, hətta bəzən tamamilə laqeydliklə qarşılanır. Özbaşınalıq şəraitində şəhid ailələrinin və qazilərin hüquqlarının pozulması birbaşa dövlətin verdiyi prinsiplərə ziddir.
Rövşən Nəcəfə Xitab: Ədaləti Təmin Edin!
Hörmətli Rövşən Nəcəf, sizin rəhbərliyiniz altında bu sahədə ciddi dəyişikliklərin və islahatların həyata keçirilməsi gözlənilir. Ancaq təəssüf ki, sizin alicənablığınızdan və prinsipiallığınızdan bəzi şəxslər öz şəxsi maraqları üçün istifadə edirlər. Sizdən xahişimiz odur ki, bu cür qanunsuzluqlar və özbaşınalıqlara müdaxilə edərək, bu halların qarşısını qətiyyətlə alın. Əgər bu məsələlərə vaxtında müdaxilə edilməsə, nəticələri təkcə idarəetmə sahəsində deyil, həm də insanların həyatlarında ciddi izlər buraxa bilər.
Dövlətin və Xalqın Maraqları Üstün Olmalıdır
Qağaməli Seyfullayev kimi şəxslərin qanunsuz əməllərinə göz yumulması nəinki dövlət maraqlarına zərbə vurur, həm də cəmiyyət arasında sosial narazılıq yaradır. Dövlət qurumlarının etibarını qorumaq və şəffaf idarəçiliyi təmin etmək üçün belə halların qarşısının alınması mütləqdir. Şəhid ailələri və qazilərə olan diqqət isə hər zaman prioritet olmalıdır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...