"Gənc Nəsillərə Nümunə,Vətənpərvər El oğlumuz"


"Gənc Nəsillərə Nümunə,Vətənpərvər El oğlumuz"


Əziz və dəyərli, "Atəş Xəbər"saytının izləyiciləri.
Bu gün sizlərə bir insan haqqında danışmaq istəyirəm.Bu insan öz intelekti, mədəniyyəti, mərhəməti və ən əsası işgüzarlığı ilə çoxlarından seçilən, Beyləqanın dəyərli oğullarından biri olan Zamin Lütfəli oğlu Abbasovdur. Gənc olmasına baxmayaraq rayonda özünə hörmət və ehtiram qazanmağı bacaran Zamin Abbasov öz vətənpərvərliyi ilə hər kəsə nümunə olmaqla bərabər, 44-günlük Vətən müharibəsində də öz xeyirxahlıq missiyasını həyata keçirən vətənpərvər eloğlumuz, Şəhid ailələri və qazilərimizdən də öz diqqət və qayğısı ilə hər kəsin sevilməsinə çevrildi.
Bu gün Zamin müəllimdən söhbət açmağım heç də təsadüf deyil.Öz təşkilatçılıq qabiliyyəti və xeyriyyəçi əməlləri ilə fərqlənən Zamin Abbasov 2025-ci il Bələdiyyə seçkilərində layiqli namizəd kimi, əhali tərəfindən dəstəklənərək, Beyləqan rayon Bələdiyyə sədri vəzifəsinə seçilməklə, bir daha rayon camaatının etimadını qazandığını sübut etdi.
Biz də öz redaksiyamız adından Zamin müəllimə tutduğu yeni vəzifədə uğurlar diləyir və daha yüksək zirvələrdə olmağı arzu edirik!



Ramilə Atəş

Xəbərlər