Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin drektoru Gülnaz Kərimovanın “Kitab və Test” biznesi


Xatırlatma edim ki, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimovanın kitab biznesi haqqında keçən məqaləmizdə bildirmişdik. Bu dəfə bu prosesə geniş şəkildə işıqlandırma verəcəyik. Məktəbin ibtidai sinif şagirdlərinə qanunsuz olaraq “Körpü Nəşriyyat” evinin Azərbaycan dili və Riyaziyyat fənləri üzrə 2 hissəli test kitabları uşaqlara məcburi satılıb. Xırdalan şəhər 2 saylı tam orta məktəbdə ibtidai siniflər üzrə Azərbaycan bölməsində 46 sinif var və hər sinifdə minimum 25-30 şagird təhsil alır. Direktorun məcburi satdığı kitabın birinin qiyməti 7.50 AZN təşkil edir. Hər kitabın illik qiyməti 30 AZN təşkil edir. Nə məcburdur Gülnaz Kərimova sən belə soyğunçuluqla məşğul olasan? Ortalama kitab biznesindən 30.000 AZN götürməyi məqsəd qoyan direktorun “acgözlüyünü” hələ bununla bitmir. Belə ki, yanvarın ortasından məktəbin 4-cü siniflərinə məcburi şəkildə 6 AZN-dən “Monitoring” yazdırılıb. Test kitablarının satışının birinci hissəsi sentyabr ayından Gülnaz Kərimovanın əlaltısı keçmiş müavin Nərgiz İsmayılova tərəfindən həyata keçirilib. Hal-hazırda bu işi davam etdirən isə məktəbdə müavin vəzifəsini daşımayan Şəhla Əliyeva icra edir. Çox maraqlıdır, Abşeron-Xızı Regional Təhsil Şöbəsinin müdiri rəfiqəsi Gülnaz Kərimovaya bu qanunsuz kitab biznesində niyə belə canfəşanlıqla dəstək durur?! Çünki bu birbaşa İlhamə Abdullayevanın şəxsi göstərişi ilə həyata keçirilir.

Xəbərlər