Mahayət Nəbiyev: Tikinti Sənayesində Liderlik və Məsuliyyət Simvolu


2003-cü ildən “Kristal Abşeron MTK” adı ilə fəaliyyətə başlayan və tikinti sektorunda güvən simvoluna çevrilən bu şirkətin uğurlu yolu Mahayət Nəbiyevin strateji liderliyi ilə daha da yüksəlişə keçmişdir. “Kristal Abşeron” Müşahidə Şurasının sədri kimi Mahayət Nəbiyev, müasir şəhərsalma prinsiplərinə əsaslanan layihələr həyata keçirərək ölkəmizin tikinti sektorunun inkişafında əhəmiyyətli rol oynamağa davam edir.

Bu gün “Kristal Abşeron MTK” Azərbaycanın ən etibarlı və keyfiyyətli tikinti şirkətlərindən biri kimi tanınır. Şirkət yalnız binaların inşası ilə kifayətlənməyərək, müasir yaşayış standartlarına uyğun sosial layihələrə də imza atmışdır. Şirkətin fəaliyyəti sakinlərinin həyat səviyyəsini yaxşılaşdırmağa, onlar üçün daha təhlükəsiz, komfortlu və keyfiyyətli yaşayış məkanları yaratmağa yönəlib.

Mahayət Nəbiyev: Tikinti Sənayesində Liderlik və Məsuliyyət Simvolu


Mahayət Nəbiyevin rəhbərliyi ilə şirkət hər bir layihədə yenilikçi texnologiyalardan istifadə edir, müasir tikinti standartlarına tam uyğun, enerji səmərəli və ekoloji cəhətdən dayanıqlı binalar inşa edir. Evlərin keyfiyyəti, estetik görünüşü və funksionallığı ilə fərqlənməsi “Kristal Abşeron”un əsas iş prinsipidir.

Şirkət fəaliyyəti boyu təkcə müasir binaların tikintisi ilə deyil, həm də cəmiyyətə sosial dəstək göstərmək sahəsində fəal iştirak edir. Xüsusilə şəhid ailələri və qazilərə dəstək təşəbbüsləri ilə tanınan “Kristal Abşeron MTK”, bu qəhrəman ailələr üçün mənzil təminatı layihələri həyata keçirməklə sosial məsuliyyətini şərəflə yerinə yetirir. Mahayət Nəbiyev bu sahədə dövlət siyasətinə uyğun olaraq şəhid və qazi ailələrinin mənzil təminatında xüsusi həssaslıq göstərilməsini prioritet hesab edir.

Mahayət Nəbiyevin strateji baxışı sayəsində “Kristal Abşeron” təkcə fiziki infrastrukturu deyil, həm də müasir yaşayış mədəniyyətini formalaşdıran bir quruma çevrilmişdir. Şirkət hər bir sakinin ehtiyacını nəzərə almaqla onlara xəyallarındakı evləri təqdim etməyə çalışır.

Bu uğurların arxasında Mahayət Nəbiyevin yüksək idarəçilik bacarığı, sosial məsuliyyətə bağlılığı və kollektiv ruhu inkişaf etdirmək bacarığı dayanır. Onun rəhbərliyi altında formalaşmış peşəkar komanda şəhərsalma sahəsində qabaqcıl layihələrə imza ataraq ölkəmizin tikinti sektorunun inkişafına töhfə verməyə davam edir.

Mahiyyət Nəbiyevin missiyası yalnız yaşayış məkanlarının inşası ilə məhdudlaşmır. Onun rəhbərliyi ilə "Kristal Abşeron MTK" sakinlərin sosial rifahının yüksəldilməsinə, müştəri məmnuniyyətinin ən yüksək səviyyədə təmin edilməsinə və cəmiyyətin rifahına xidmət edən layihələrə imza atır.

Tamamlanmış və davam edən çoxsaylı layihələr, "Kristal Abşeron"un ölkəmizin müasir tikinti sahəsində liderlərdən biri olmasının bariz nümunəsidir. Mahayət Nəbiyev bu əzmkar və yenilikçi yanaşması ilə yalnız indiki dövr üçün deyil, həm də gələcək nəsillər üçün keyfiyyətli və dayanıqlı yaşayış mühitləri formalaşdırmaqda əvəzsiz töhfələr verir.

Xəbərlər