Xəbər verdiyimiz kimi, məşhur plastik cərrah Dilqəm Məhərrəmovun lisenziyasının vaxtının bitməsi ilə bağlı məlumat yayılmışdı. Amma az sonra məlum olub ki, D. Məhərrəmov işinin başındadır. Ajans.az-ın araşdırmaları nəticəsində bəlli olub ki, onun sertifikasiyasının vaxtı 2 mart tarixində bitir. Həmçinin onun yenidən sertifikasiya imtahanına girməsinə də qadağa qoyulub.
Bəs, o, sertifikasiya imtahanına girə biləcəkmi?
Ajans.az məsələni xəbər portalımızda, “TikTok”, “İnstagram” və s. sosial şəbəkələrimizdə işıqlandırdıqdan sonra isə, məşhur cərrahla bağlı yeni şikayətlər xəbər portalımıza daxil olub.
Onun pasientlərindən biri iddia edir ki, həkim ona sinəkiçiltmə əməliyyatı icra edib, amma nəticə uğursuz olub:
“Sinəni kiçiltməyib, sadəcə dikləşdirib. Tikişlər də pisdir”.



