Xəstəxanada əməliyyatdan əvvəl təhlükəsizlik qaydaları ciddi şəkildə pozulub


Patrulaz.az-ın qaynar xəttinə göndərilən videogörüntüdə, Mərcan Klinikasında fəaliyyət göstərən Elman Əzimovun burun əməliyyatı üçün istifadə ediləcək qığırdağı qeyri-steril mühitdə, sadəcə yerə oturaraq əzdiyi görünür.
Şikayətçinin iddialarına görə, Elman Əzimov özünü lor cərrahı kimi təqdim etsə də, əslində ümumi cərrahdır və bu sahədə kifayət qədər ixtisaslaşmamışdır. Onun icra etdiyi burun əməliyyatlarından sonra bir çox xəstədə ağırlaşmalar qeydə alınıb.

Qeyd edək ki, tibb sahəsində əsas qaydalardan biri sterillik və sanitariya normalarına ciddi riayət etməkdir. Qığırdaq kimi toxumaların steril olmayan mühitdə hazırlanması xəstələrin infeksiya riski ilə üzləşməsinə səbəb ola bilər.

Xəbərlər