Məzuniyyətdə olarkən icra başçısının işdən çıxardığı keçmiş müavinin zavodunun vergi borcu üzə çıxdı - FOTO


Ucar Dəmir- Beton Məmulatları ASC-nin dövlətə vergi borcu üzə çıxıb.

"Azərbaycan Reallığı" əldə etdiyi məlumata görə, sözügedən zavodun hazırki vergi borcu 12821.27 AZN-dir.

Nizamnamə kapitalı 395274 AZN olan Ucar Dəmir- Beton Məmulatları ASC-nin qanuni təmsilçisi Vəliyev İkram Sabir oğludur.

Qeyd edək ki, Vəliyev İkram Sabir oğlu Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsində çalışıb. O məzuniyyətdə olduğu zaman 2023-cü ildə icra hakimiyyətinin başçısı Natiq Ağayevin müaviq əmri ilə vəzifəsindən azad edilib. Özü bu barədə yerli mətbuata açıqlama verib.

Xəbərlər